HAQQIMIZDA

  Bəyaz Lotus professionalların xidmət göstərdiyi premium klass estetik və spa mərkəzidir. Azərbaycanın müasir baxışlı xanımlarının zövqünü və tələbatını nəzərə alaraq çalışmışıq ki, gözəllik və sağlamlıq arasındakı balansı qorumaq şərti ilə təcrübəli müasir tələblərə cavab verə bilən ustalarımız və bütün işçi heyətimiz həm klassik, həm son dərəcə müasir, həm də Germani De Capuccioni düsturu ilə müstərilərimizə xidmət göstərə bilsinlər.  

Respublikamızda fəaliyyət göstərən bütün mərkəzlərdən əsas fərqimiz və yeganəliyimiz ondadır ki, həftənin bütün günləri yalnız və yalnız xanımlara xidmət göstəririk.Əsilzadə xanımlara layiq yeni-təptəzə klubumuzda nələr yoxdur? – şəlalə dekorasiyası ilə əsrarəngiz gözəlliyə malik olan üzgüçülük hovuzu, cakuzi, vito-bar, 2 nəfərlik vip massaj otağı, massaj kabinetleri, türk hamamı, sauna, trenajor zalı, yoqa, duş kabinləri, müalicəvi vannalar, Candella  aleksandrit lazer epilyasiyası, arıqlamaq üçün massaj və aparat kosmetoloqiyası, pilates, hidromassaj vannaları, gözəllik salonu, müasir aparatlarla təmin olunmuş kosmetologiya otaqları, savadlı və təcrübəli tərbiyəçiləri olan uşaq otaqları və s…


Daimi müştərilərimizə daha sərfəli 3 variantda kartlar da təklif edirik:

 • Afrodita – bütün ilahələrdən üstün olan gözəllik, xoşbəxt sevgi və nigah ilahəsidir. 

 (Fitness, aerobika, hovuz, cakuzi, hamam, sauna, aqua aerobika).

 • Venera – təbiət, sevgi və gözəllik ilahəsidir.

 (Fitness, aerobika, pilates və ya yoqa).

 • Tefida –okean ve su ilahəsidir. 

 (Basseyn, cakuzi, sauna, hamam, aqua aerobika).